ELELTA MMC, 20 ildən artıq peşəkar təcrübəsi ilə Azərbaycanın inşaat sektorunda öz sözünü demiş etibarlı və nüfuzlu şirkətlərdən biridir. Şirkətimiz, yüksək keyfiyyət standartlarına uyğun olaraq müxtəlif miqyaslı layihələr həyata keçirməkdədir. Yol tikintisi, söküntü-dağıntı işləri, daşıma və xüsusi infrastruktur layihələrində dərin təcrübəyə malik komandamız, hər bir sifarişi məsuliyyətlə və peşəkarlıqla yerinə yetirir.
Keyfiyyətli və müasir tikinti həlləri təklif edərək müştərilərimizin ehtiyaclarını qarşılayan və ölkəmizin infrastruktur inkişafına davamlı töhfə verən etibarlı tərəfdaş olmaq.
İnşaat və tikinti sahəsində keyfiyyət, təhlükəsizlik və davamlılıq prinsiplərini qoruyaraq regionun ən qabaqcıl şirkətlərindən biri olmaq.
ELELTA MMC olaraq hər zaman ən yüksək nəticələri əldə etmək üçün çalışır və fəaliyyətimizin hər mərhələsində müştərilərimizin etimadını doğrulduruq.
Müasir və təhlükəsiz avadanlıqlardan istifadə edərək, keyfiyyət və təhlükəsizliyi ən yüksək səviyyədə təmin edirik.
20 ildən çox tikinti təcrübəsi və geniş layihə portfeli, peşəkar və təcrübəli mühəndis komandamızın ən böyük uğurudur.
Kiçik və böyük miqyaslı tikililərin təhlükəsiz şəkildə sökülməsi və ərazinin təmizlənməsi xidmətlərini peşəkar komanda ilə həyata keçiririk.
Tikinti materialları və texnikaların vaxtında, təhlükəsiz və dəqiq marşrut üzrə daşınmasını xüsusi nəqliyyat vasitələri ilə təmin edirik.
Magistral və yerli yolların yüksək keyfiyyətlə, uzunömürlü və standartlara uyğun şəkildə tikintisini və asfaltlanmasını həyata keçiririk.
Ərazi planlaması, qazıntı, torpaq daşınması və bərkidilməsi işlərini təhlükəsizlik qaydalarına uyğun texnika ilə icra edirik.
Müasir normalara uyğun beton və dəmir-beton konstruksiyaların hazırlanması və yerində inşasını tam məsuliyyətlə həyata keçiririk.
İstənilən ölçüdə metal və taxta əsaslı konstruksiyaların dizaynı və tikintisi xidmətlərini texniki dəqiqliklə icra edirik.
Qaz, su, elektrik və rabitə xətlərinin təhlükəsiz şəkildə çəkilməsi və şəbəkələrin tam funksional qurulmasını təmin edirik.
Dambalar, drenajlar, limanlar və sualtı obyektlərin tikintisini yüksək ixtisaslaşma və təhlükəsizliklə reallaşdırırıq.
Metro, nəqliyyat tuneli və digər kompleks infrastrukturların tikintisini müasir mühəndislik yanaşması ilə həyata keçiririk.
Avtomobil və dəmir yolu keçidləri, körpü və estakadaların layihələndirilməsi və tikintisini yüksək dəqiqliklə icra edirik.
Rezervuar, qazholder, elektrik ötürücü sistemlər kimi xüsusi obyektlərin tikintisini təhlükəsizliklə və normativlərə uyğun icra edirik.
Fabrik, zavod, ofis, yaşayış binası kimi obyektlərin layihələndirilməsi və tikintisini kompleks şəkildə reallaşdırırıq.
Developed by BERC Creative